Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarmışdır. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 2024-cü il 20-22 iyul tarixlərində Azərbaycan Respublikasında, Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forum keçirilmişdir.

II Şuşa Global Media Forum rəqəmlərdə
0
Media subyektləri və beynəlxalq təşkilatlar
0
İştirakçı sayı
0
Ölkələrin sayı
Proqram
Forumun sessiyaları və spikerlər haqqında ətraflı məlumat üçün keçid edə bilərsiniz
  • Gün 1
    20.07.2024
  • Gün 2
    21.07.2024
  • Gün 3
    22.07.2024
16:30 - 19:30
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa Qlobal Media Forumunda nitqi ve Forum iştirakçıları ilə görüşü
10:00 - 10:30
Rəsmi salamlama: Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
10:30 - 11:00
Çay və qəhvə fasiləsi
11:00 - 12:00
“Texnologiya və dezinformasiya” mövzusunda paralel tədbir
11:00 - 12:00
1-ci panel müzakirəsi: Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək
12:00 - 12:10
Fasilə
12:10 - 13:10
2-ci panel müzakirəsi: Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər
13:10 - 14:30
Nahar fasiləsi
14:30 - 17:30
Şuşa şəhərində gəzinti
15:00 - 16:30
Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclası
18:30 - 19:30
Ocaq ətrafı söhbət (fireside chat)
18:30 - 19:30
“Böyük Qayıdış: Qarabağ” filminin nümayişi
20:30
Rəsmi ziyafət və bədii hissə
10:00 - 11:00
3-cü panel müzakirəsi: Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi
10:15 - 11:15
Bakı Təşəbbüs Qrupunun paralel tədbiri
11:00 - 11:30
Çay və qəhvə fasiləsi
11:30 - 12:30
4-cü panel müzakirəsi: İqlim hərəkatı və media
12:30 - 13:30
“Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat və sual-cavab
13:30 - 13:45
Forumun yekunlaşması
13:45 - 14:30
Nahar fasiləsi və otellərdən çıxış
16:45 - 18:30
Laçın şəhərində gəzinti (Laçın şəhəri və “Hoçazfilm” yaradılıcılıq studiyası)
18:30
Laçın şəhərindən Zəngilan Beynəlxalq Hava Limanına yola düşmə
20:00
Zəngilan Beynəlxalq Hava Limanınından Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşmə
21:30
Bakıda otelə giriş və axşam yeməyi
Sitatlar
Bora Bayraktar
Jurnalist, media meneceri, məruzəçi
Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə alaq.
Holger Friedrich
İCRAÇI DİREKTOR , “BERLINER ZEITUNG” QƏZETİ
İqlim dəyişikliyi çox ciddi və məsuliyyətli mövzudur. Jurnalistlər bu məsələdə daha çox məlumatlı olmalıdırlar.
Francis Martin Kane
BAŞ REDAKTOR, “ARABIAN GULF BUSINESS INSIGHT” XƏBƏR PORTALI
Azərbaycan COP29 vasitəsilə qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici liderlik rolunu oynaya bilər. Qərb və ya digər media tərəfindən təqdim edilən cahil və öz gündəminə uyğun xəbərlərə diqqətini yayındırmamalıdır.
John Roberts
ENERJİ TƏHLÜKƏSİZLİYİ ÜZRƏ MÜTƏXƏSSİS, “METHINKS” ŞİRKƏTİ, ŞOTLANDİYA, BÖYÜK BRİTANİYA
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın qazı Avropaya çatdırmaq üçün gücü var. Lakin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir.
Nigar Arpadarai
BMT-NİN İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ YÜKSƏK SƏVİYYƏLİ ÇEMPİONU, COP29
Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir.
Hamza Azhar Salam
REDAKTOR, “PAKISTAN DAILY” QƏZETİ
Texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirinin təhlili və media sahəsində savadlı istehlakçıların yetişdirilməsinin təşviqi günümüzün prioritetlərindəndir.
Gi Woong Jung
PHD; MÜDİR MÜAVİNİ, HK PROFESSOR, HK+ MİLLİ STRATEGİYALAR ARAŞDIRMA LAYİHƏSİ AGENTLİYİ; VİTSE-PREZİDENT, KOREYA SİYASİ ELM ASSOSİASİYASI; PROFESSOR, HANKUK XARİCİ TƏDQİQATLAR UNİVERSİTETİ
Süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar.
Leslie Richer
İNFORMASİYA VƏ KOMMUNİKASİYA DİREKTORU, AFRİKA İTTİFAQI KOMİSSİYASI
Afrika İttifaqı olaraq biz 2024-cü ildə kontinental strategiya qəbul etmişik. Bununla biz qlobal rəqəmsal platformanın işinə töhfə vermək istəyirik. Vikipediya ilə sıx əməkdaşlıq edirik ki, nəticə etibarilə süni zəka doğru məlumatlara istinad etsin. Süni zəkadan səmərəli istifadə etmək lazımdır.
Paolo Liebl Von Schirach
PREZİDENT, QLOBAL SİYASƏT İNSTİTUTU (GPI); PROFESSOR, SİYASİ ELM VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR, BAY ATLANTİK UNİVERSİTETİ (BAU), VAŞİNQTON
Kompüter öz-özünə fəaliyyət göstərəndə bu, kabusa çevriləcək, çünki onun yalnız müsbət istiqamətdə istifadəsini məhdudlaşdırmaq və ya tənzimləmək çətin ki, mümkün olsun.
Salah Negm
DİREKTOR, “AL JAZEERA ENGLISH” XƏBƏR KANALI
Dezinformasiya niyyət və motivə görə misinformasiyadan fərqlənir. Bizim media olaraq rolumuz əslində insanları dəqiq məlumat verməklə ruhlandırmaqdır, onları məsələnin üzə çıxarılması, müzakirə edilməsi barədə məlumatlandırmaqdır.
Thembisa Fakude
BAŞ İCRAÇI DİREKTOR, “MAIL AND GUARDIAN” QƏZETİ (M&G)
Dezinformasiyadan daimi misinformasiyanın yayılması dövrünə keçid etmişik. Bu, xüsusən iqlim dəyişikliyi kimi uzun müddət davam edən ziddiyətli məlumatlar səbəbindən müxtəlif fikirlərin mövcud olduğu mövzularda daha ciddi məsələdir.
Mohamed Er-Raji
PHD; MEDİA TƏDQİQATLARI ŞÖBƏSİNİN MÜDİRİ, ƏL-CƏZİRƏ ARAŞDIRMALAR MƏRKƏZİ
Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil. Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır.
Charles Veley
TƏSİSÇİSİ, MTP (ƏN ÇOX SƏYAHƏT EDƏNLƏR) KLUBU
Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram.
Tinatin Berdzenishvili
Baş direktor, Gürcüstanın İctimai Televiziyası
Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləyək.
Oliver McTernan
Həmtəsisçi və direktor, “Forward Thinking” şirkəti
Xəbərləri əyləncəli təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə dəqiqlik yoxa çıxır. Biz bunu daha çox sosial mediada müşahidə edirik.
Dana Wolfe
Kanadalı amerikan jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri
Media sahəsində dəyişikliklər çox sürətlə gedir. Məcburuq ki, dəyişikliklərə uyğunlaşaq.
Clive Marshall
Baş icraçı direktor, PA Media Qrup
İyirmi il əvvəl qəzet satışı azalmışdı. Biz ümid edirdik ki, o vaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar. Gənclər onlara maraqlı gəlməyən bir şey varsa, tezliklə ondan imtina edirlər. Bunun üçün onların nə istədiyini nəzərə almaq lazımdır.
Prof. Paolo von Schirach
Prezident, Qlobal Siyasət İnstitutu (GPI); Professor, Siyasi Elm və Beynəlxalq Münasibətlər, Bay Atlantik Universiteti, Vaşinqton
Xəbərlər və əyləncələr arasında sərhəd itib, eyniləşmə müşahidə olunur. Xəbərlərin getdikcə şou xarakteri alması, insanlara əyləncə formatında təqdimatı dezinformasiyaların da yayılmasına səbəb olur. Burada texnologiyada baş verən yeniliklərin də rolu var. Texnologiya sahəsindəki inkişaf mediada yeni çağırışlar yaradır.
Mikhail Gusman
Baş direktorun birinci müavini, Rusiyanın TASS İnformasiya Agentliyi
Mən peşəkar, klassik jurnalistikanı sosial və internet-medialardan ayırmaq istərdim. Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır. Ən əsası isə dəqiq, etibarlı, saxtalaşdırılmamış və təbliğat xarakteri daşımayan məlumatların yayılmasıdır. Biz həqiqət uğrunda mübarizə aparmalıyıq.
Dr. Neven Cveticanin
Təsisçi və prezident, Strateji Araşdırmalar Forumu, Serbiya Parlamentinin keçmiş deputatı
Azərbaycan nadir yerlərdən biridir ki, burada bütün dillərdə danışmaq olar. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm.