Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarmışdır. Müasir media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, sərhədlərarası media dialoqu və ictimai diskurs imkanlarını genişləndirərək  qarşılıqlı etimadın möhkəmləndirilməsi, dezinformasiyaya qarşı koordinasiyalı reaksiyaların effektivliyinin artırılması, narrativlərin formalaşmasında medianın məsuliyyəti və süni intellekt dövründə etik çərçivələrə dair məsələlərin müzakirəsi məqsədilə 2026-cı il 13-14 iyul tarixlərində Azərbaycan Respublikasında Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forum keçiriləcək.

IV Şuşa Qlobal Media forum rəqəmlərdə
0
Media subyektləri və beynəlxalq təşkilatlar
0
İştirakçı sayı
0
Ölkələrin sayı
Proqram
Forumun sessiyaları və spikerlər haqqında ətraflı məlumat üçün keçid edə bilərsiniz
  • Gün 1
    13.07.2026
  • Gün 2
    14.07.2026
09:00-12:00
Forum iştirakçıları ilə Ali səviyyədə görüş
15:00-16:00
Şuşa şəhərindən Xocalı şəhərinə yola düşmə
16:00-17:30
“Xocalı Soyqırımı Memorialı”na ziyarət
16:00-17:30
Paralel tədbir
Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər mövzusunda paralel tədbir
17:30-18:30
Xocalı şəhərindən Şuşa şəhərinə yola düşmə
18:00-18:30
Paralel tədbir
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı
20:00
Rəsmi ziyafət və bədii hissə
09:00-09:30
Açılış mərasimi - Açılış videoçarxı
Moderatorlar: Jane Witherspoon - Euronews
Guy Shone - AnewZ TV
09:00-09:30
Rəsmi salamlama
Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
09:30-10:00
1-ci panel müzakirəsi (1+2)
Media obyektivində sülh quruculuğu və ictimai diskurs
10:00-10:15
1-ci təkbətək formatlı müzakirə
Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar
10:15-10:45
Çay və qəhvə fasiləsi
10:30-11:30
Paralel tədbir
Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr mövzusunda paralel tədbir
10:45-11:15
2-ci panel müzakirəsi (1+2)
Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti
11:15-11:45
3-cü panel müzakirəsi (1+2)
Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu
11:30-12:30
Paralel tədbir
AZƏRTAC ilə birgə Türk Xəbər Agentlikləri Alyansının (ATNA) idarə heyətinin növbəti iclası
11:45-12:15
Çay və qəhvə fasiləsi
12:00-13:00
Paralel tədbir
Radio sənayesinin inkişafı üçün uğurlu həllər: AI və yeni formatlar mövzusunda paralel tədbir
12:15-12:30
2-ci təkbətək formatlı müzakirə
Süni intellekt dövründə sosial media və etik çərçivələr
12:30-12:45
3-cü təkbətək formatlı müzakirə
Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik
12:45-13:00
Forumun başa çatması
Sitatlar
Claus Strunz
Baş icraçı direktor, Euronews
Dezinformasiya bir təhdid, eyni zamanda bir fürsətdir... o, yeni jurnalistika formatlarının yaranmasına səbəb olur.
Dr. Karen Sutherland
SFHEA, İctimaiyyətlə əlaqələr üzrə baş müəllim, sosial media təlimçisi və tədqiqatçı, Biznes və Yaradıcı Sənayelər Məktəbi, UniSC
Sosial platformaların süni zəka tərəfindən yaradılan məzmunun idarə olunması və şəffaflığının təmin olunmasında rolu olsa da, məncə, biz həm də təşkilatların daxilində istifadə olunan təcrübələrə də diqqət yetirməliyik.
Dennis Yu
Google və Youtube üzrə ekspert; Baş icraçı direktor, “BlitzMetrics" şirkəti
Fikrimcə, hazırda faktiki olaraq nəyin doğru, nəyin sadəcə populyar olduğunu müəyyənləşdirmək çətindir.
Ziphora Maubane
Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri, Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi
İctimaiyyəti saxta xəbər ilə keyfiyyətli və istehlak oluna bilən xəbər arasında fərq qoymağı bacarması üçün maarifləndirməliyik.
Şəfəq Mehrəliyeva
Fakültə üzvü, Kommunikasiya və Rəqəmsal Media proqramı, ADA Universiteti
Media savadlılığı iki məna daşıyır. Birincisi, istehlak etdiyiniz məzmunu bilik və sübutlara əsaslanaraq təhlil etmək və düzgün qiymətləndirmək bacarığını inkişaf etdirməkdir. İkincisi isə bu məzmunu fikir müxtəlifliyinə dözümlülük və hörmətlə qəbul etməkdir.
Jaffar Hasnain
Aparıcı və müxbir, TRT World
Jurnalistika təkcə məlumat vermək deyil, həm də onu yoxlamaq, dəqiqləşdirmək və xəbərləri etibarlı mənbələrdən almaq deməkdir.
Oubai Shahbandar
Müxbir, AnewZ
Telefonlarımız artıq superkompüterlərə çevrilib. İstənilən vaxt hər birimiz araşdırmaçı-jurnalist ola bilərik, lakin bu, mütləq müəyyən dərəcədə məsuliyyətli olmağı da tələb edir.
Fernando Soares
Aparat rəhbəri, Euronews; Baş icraçı direktor, Euronews Baku
Media savadlı insan medianın və texnologiyanın nə olduğunu, eləcə də texnologiyanın bu gün medianın imkanlarını və ötürdüyü məlumatları necə formalaşdırdığını dərindən anlayan şəxsdir.
Alexandru Giboi
Baş katib, Avropa Xəbər Agentlikləri Alyansı (EANA)
İnformasiya savadlılığı şəxsin məlumatı qəbul etmək, filter etmək, onu anlamaq və bundan əlavə onun əsasına düzgün qərarlar qəbul etmək qabiliyyətidir.
Aina Zadabek
İdarə Heyətinin sədri, “Qazcontent” ASC
Tənqidi təfəkkür bacarıqlarının inkişaf etdirilməsi çox önəmlidir, məhz bu, “deepfake”-ləri aşkar və yalan məlumatları müəyyən etməyə kömək edir.
Salah Negm
DİREKTOR, “AL JAZEERA ENGLISH” XƏBƏR KANALI
Dezinformasiya niyyət və motivə görə misinformasiyadan fərqlənir. Bizim media olaraq rolumuz əslində insanları dəqiq məlumat verməklə ruhlandırmaqdır, onları məsələnin üzə çıxarılması, müzakirə edilməsi barədə məlumatlandırmaqdır.
Thembisa Fakude
BAŞ İCRAÇI DİREKTOR, “MAIL AND GUARDIAN” QƏZETİ (M&G)
Dezinformasiyadan daimi misinformasiyanın yayılması dövrünə keçid etmişik. Bu, xüsusən iqlim dəyişikliyi kimi uzun müddət davam edən ziddiyətli məlumatlar səbəbindən müxtəlif fikirlərin mövcud olduğu mövzularda daha ciddi məsələdir.
Mohamed Er-Raji
PHD; MEDİA TƏDQİQATLARI ŞÖBƏSİNİN MÜDİRİ, ƏL-CƏZİRƏ ARAŞDIRMALAR MƏRKƏZİ
Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil. Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır.
Charles Veley
TƏSİSÇİSİ, MTP (ƏN ÇOX SƏYAHƏT EDƏNLƏR) KLUBU
Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram.
Həqiqəti müdafiə etmək üçün dünyadakı səslər Şuşada toplaşır