Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarmışdır. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 2025-ci il 19-21 iyul tarixlərində Azərbaycan Respublikasında, Xankəndi və Şuşa şəhərlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forum keçirilmişdir.

 

III Şuşa Qlobal Media forum rəqəmlərdə
0
Media subyektləri və beynəlxalq təşkilatlar
0
İştirakçı sayı
0
Ölkələrin sayı
Proqram
Forumun sessiyaları və spikerlər haqqında ətraflı məlumat üçün keçid edə bilərsiniz
  • Gün 1
    19.07.2025
  • Gün 2
    20.07.2025
  • Gün 3
    21.07.2025
17:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü
09:00-10:00
Açıq havada sərgi ilə tanışlıq
10:00 - 10:05
Açılış mərasimi - Açılış videoçarxı Moderatorlar: Jane Witherspoon - Euronews, Guy Shone - AnewZ
10:05 - 10:30
Rəsmi salamlama Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
10:30 - 12:00
1-ci panel müzakirəsi İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı
11:00-12:00
Paralel tədbir: Türk dünyasında informasiya və media sahələrində görülən işlər haqqında TDT-nin mediaya məsul rəsmiləri tərəfindən təqdimat
12:00 - 13:00
Şuşadan Ağdama yola düşmə
13:00 - 14:30
“Aghdam City Hotel”də nahar fasiləsi
14:30-15:10
Ağdam İmarət Kompleksində ekskursiya
15:10-16:00
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ilə tanışlıq
16:00-17:00
Xıdırlı kəndinə səfər
17:00-18:00
Ağdamdan Şuşaya yola düşmə
17:00-18:00
Paralel tədbir: Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bugünü və gələcəyi” mövzusunda dəyirmi masa
20:00
Rəsmi ziyafət və bədii hissə
10:00-11:30
2-ci panel müzakirəsi Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi
10:30-11:30
Paralel tədbir: “AnewZ” telekanalının paralel tədbiri və “Təyinat: Şuşa, Azərbaycan” sənədli filminin təqdimatı
11:30-12:00
Çay və qəhvə fasiləsi
12:00-12:45
Təkbətək görüş Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması
12:45-14:30
Nahar fasiləsi
14:30-15:30
3-cü panel müzakirəsi (“Əsas Qeydlər” formatı) Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində
15:30-16:00
Forumun yekunlaşması
16:15-17:30
Paralel tədbir: “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzusunda paralel tədbir
18:30-21:00
Açıq havada məşhur aşpazlar tərəfindən hazırlanan təamlarla şam yeməyi
Sitatlar
Holger Friedrich
İCRAÇI DİREKTOR , “BERLINER ZEITUNG” QƏZETİ
İqlim dəyişikliyi çox ciddi və məsuliyyətli mövzudur. Jurnalistlər bu məsələdə daha çox məlumatlı olmalıdırlar.
Nigar Arpadarai
BMT-NİN İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ YÜKSƏK SƏVİYYƏLİ ÇEMPİONU, COP29
Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir.
Gi Woong Jung
PHD; MÜDİR MÜAVİNİ, HK PROFESSOR, HK+ MİLLİ STRATEGİYALAR ARAŞDIRMA LAYİHƏSİ AGENTLİYİ; VİTSE-PREZİDENT, KOREYA SİYASİ ELM ASSOSİASİYASI; PROFESSOR, HANKUK XARİCİ TƏDQİQATLAR UNİVERSİTETİ
Süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar.
Leslie Richer
İNFORMASİYA VƏ KOMMUNİKASİYA DİREKTORU, AFRİKA İTTİFAQI KOMİSSİYASI
Afrika İttifaqı olaraq biz 2024-cü ildə kontinental strategiya qəbul etmişik. Bununla biz qlobal rəqəmsal platformanın işinə töhfə vermək istəyirik. Vikipediya ilə sıx əməkdaşlıq edirik ki, nəticə etibarilə süni zəka doğru məlumatlara istinad etsin. Süni zəkadan səmərəli istifadə etmək lazımdır.
Paolo Liebl Von Schirach
PREZİDENT, QLOBAL SİYASƏT İNSTİTUTU (GPI); PROFESSOR, SİYASİ ELM VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR, BAY ATLANTİK UNİVERSİTETİ (BAU), VAŞİNQTON
Kompüter öz-özünə fəaliyyət göstərəndə bu, kabusa çevriləcək, çünki onun yalnız müsbət istiqamətdə istifadəsini məhdudlaşdırmaq və ya tənzimləmək çətin ki, mümkün olsun.
Salah Negm
DİREKTOR, “AL JAZEERA ENGLISH” XƏBƏR KANALI
Dezinformasiya niyyət və motivə görə misinformasiyadan fərqlənir. Bizim media olaraq rolumuz əslində insanları dəqiq məlumat verməklə ruhlandırmaqdır, onları məsələnin üzə çıxarılması, müzakirə edilməsi barədə məlumatlandırmaqdır.
Thembisa Fakude
BAŞ İCRAÇI DİREKTOR, “MAIL AND GUARDIAN” QƏZETİ (M&G)
Dezinformasiyadan daimi misinformasiyanın yayılması dövrünə keçid etmişik. Bu, xüsusən iqlim dəyişikliyi kimi uzun müddət davam edən ziddiyətli məlumatlar səbəbindən müxtəlif fikirlərin mövcud olduğu mövzularda daha ciddi məsələdir.
Mohamed Er-Raji
PHD; MEDİA TƏDQİQATLARI ŞÖBƏSİNİN MÜDİRİ, ƏL-CƏZİRƏ ARAŞDIRMALAR MƏRKƏZİ
Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil. Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır.
Charles Veley
TƏSİSÇİSİ, MTP (ƏN ÇOX SƏYAHƏT EDƏNLƏR) KLUBU
Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram.
Həqiqəti müdafiə etmək üçün dünyadakı səslər Şuşada toplaşır