AZƏRTAC Şuşa Qlobal Media Forumu çərçivəsində UZA agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Özbəkistanın Milli İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və UZA-nın baş redaktoru Abdijalol Taipatov mübadilə ediblər.

Şuşada imzalanan Anlaşma Memorandumu xəbərlər, foto və videomateriallar mübadiləsini, məlumat mənbələrindən istifadəni və hər iki ölkədə baş verən hadisələrin, keçirilən tədbirlərin, habelə rəsmi şəxslərin səfərlərinin işıqlandırılmasında qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur.

1 / 2