Forum çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən ustad dərsi keçilib
İyulun 23-də Milli Mətbuat Günü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə yeni media” Şuşa Qlobal Media Forum çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən ustad dərsi keçilib.
Əvvəlcə təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verib, uzun illər ərzində çəkilən fotoları nümayiş etdirib. Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirlərini öyrənmək imkanı əldə ediblər. Sonra Sergey Kivrin iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda ustad dərslərində iştirak edən fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkdiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.