• Sessiya 1
  • Sessiya 2
  • Sessiya 3

İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı

Bu gün texnoloji tərəqqi məlumatın yaradılması və ötürülməsi proseslərinin avtomatlaşdırılmasını, süni intellekt və digər texnologiyaların istifadəsi ilə informasiyanın və onun mənbəyinin yoxlanılmasını mümkün etməklə yanaşı, istifadəçilərə kommunikasiya prosesinin daha təkmil aparılması məqsədilə müxtəlif imkanlar təklif edir.
Fərdlərin informasiyaya tənqidi yanaşma bacarıqlarının inkişafı, yəni media savadlılığının artırılması və müasir texnologiyalardan düzgün istifadə etmə qabiliyyətinin gücləndirilməsi qlobal miqyasda sağlam və etibarlı informasiya mühitinin formalaşmasında əsas amil hesab olunur. Bu bacarıqlar insanların doğru məlumatı yanlışdan ayırd etməsi, manipulyasiya və dezinformasiyanın qarşısını alması, həmçinin sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda etik və məsuliyyətli davranış sərgiləməsi üçün vacibdir.
Çağdaş medianın əsas anlayışlarından olan dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin yaratdığı reallıqlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə yenilikçi yanaşmaların tətbiqi mürəkkəb media ekosistemində qarşılıqlı inam və etimad əlaqələrinin qurulması üçün əsas addımlardandır.

Daha ətraflı
Moderator və spikerlər
Andrea Sanke
Aparıcı, “The Newsmakers” proqramı, TRT World
Fernando Soares
Aparat rəhbəri, Euronews;
Baş icraçı direktor, Euronews Baku
Alexandru Giboi
Baş katib, Avropa Xəbər Agentlikləri Alyansı (EANA)
Aina Zadabek
İdarə Heyətinin sədri, “Qazcontent” ASC
Oubai Shahbandar
Müxbir, AnewZ

Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi

Müasir və dinamik informasiya məkanı məlumat istehsalçıları və istehlakçıları üçün müxtəlif imkanlar yaratmaqla yanaşı, həm lokal, həm də qlobal miqyasda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi çətinlikləri də özü ilə bərabər gətirir.
Müxtəlif platformalarda və fərqli məlumat kanalları vasitəsilə yayılan kütləvi informasiyanın geniş auditoriyada yaratdığı təsir və ümumilikdə formalaşdırdığı ictimai rəy bu gün informasiya təhlükəsizliyininn təmin edilməsini hər bir dövlətin, media subyektinin və digər əlaqəli tərəflərin əsas prioritetinə çevirmişdir. Bu təsir yalnız fərdi düşüncə tərzini və sosial münasibətləri deyil, həm də siyasi, iqtisadi və mədəni dinamikanı əhəmiyyətli şəkildə formalaşdırır.
Nəticədə, məlumatın doğruluğu, şəffaflığı və etik qaydalara uyğunluğu, həm də onun ictimai təsirinin idarə edilməsi müasir informasiya mühitində dövlətlər və media orqanları üçün strateji əhəmiyyət kəsb edir, səmərəli əməkdaşlıq, tənzimləmə və təhsil yanaşmalarının tətbiqini zəruri edir.

Daha ətraflı
Moderator və spikerlər
Nadira Tudor
Beynəlxalq xəbər aparıcısı və jurnalist
Jaffar Hasnain
Aparcı və müxbir, TRT World
Ziphora Maubane
Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri, Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi
Wang Delu
Baş redaktorun birinci müavini, Avrasiya Bürosu, Çin Media Qrupu
Shafag Mehraliyeva
Fakültə üzvü, Kommunikasiya və Rəqəmsal Media proqramı, ADA Universiteti

Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində

Əlçatanlıq və interaktivlik baxımından üstünlüklərə malik olan, geniş istifadəçi bazası və real vaxt rejimində məlumat paylaşmaq imkanları ilə seçilən sosial şəbəkələr informasiya mübadiləsinin və müzakirəsinin əsas resursuna çevrilmişdir.
Milyonlarla aktiv istifadəçisi olan və informasiya dövriyyəsində mühüm yer tutan rəqəmsal platformalar ictimai diskursu yönləndirərək yeni davranış modellərinin yaranmasına, həmçinin mediaya inam və etimadın formalaşmasına əhəmiyyətli təsir göstərir.
Məlumat həcminin kəskin şəkildə çoxalması, bəzi hallarda istifadəçilərin aldadıcı və ya çaşdırıcı məzmunların yayılmasında iştirak etməsi, alqoritm əsaslı məzmun süzgəcləri və selektiv məzmun təklifləri informasiya mühitinin təhlükəsizliyinin təmin olunması üçün dövlət, cəmiyyət, media və rəqəmsal platformalar arasında əməkdaşlığın təkmilləşdirilməsini, münasibətlərin sistemli şəkildə qurulmasını zəruri edir.
Sosial medianın siyasi və ictimai narrativlərin formalaşmasındakı rolu nəzərə alındıqda, cəmiyyətin mediaya olan inam və etimadının qorunub saxlanılması, rəqəmsal mühitdə məsuliyyətli davranışın təşviqi və etik standartların müəyyənləşdirilməsi, süni intellektin məzmun axınına təsiri, sosial media savadlılığı kimi məsələlərin müzakirəsi müstəsna əhəmiyyət daşıyır.

Daha ətraflı
Moderator və spikerlər
Mariam Zaidi
Aparıcı, TRT World
Dr. Karen Sutherland
SFHEA; İctimaiyyətlə əlaqələr üzrə baş müəllim, sosial media təlimçisi və tədqiqatçı, Biznes və Yaradıcı Sənayelər Məktəbi, UniSC
Dennis Yu
Google və Youtube üzrə ekspert; Baş icraçı direktor, “BlitzMetrics" şirkəti
Seamus Clancy
İctimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satış üzrə rəhbər, LinkedIn EMEA & LATAM
Serguei Sokolov
ctimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru, Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları, TikTok / ByteDance