Şuşa Qlobal Media Forumu çərçivəsində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” mövzusunda ilk sessiya keçirilib
Şuşa Qlobal Media Forumu çərçivəsində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” mövzusunda ilk sessiyada “Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində” adlı panel müzakirə baş tutub.
Beynəlxalq televiziya xəbər aparıcısı Maria Ramosun moderatorluğu ilə keçirilən birinci sessiyada “Forward Thinking” şirkətinin direktor və həmtəsisçisi Oliver McTernan, amerikalı jurnalist, televiziya, sənədli film və debat prodüseri Dana Wolfe, “Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov, Qlobal Siyasət İnstitutunun (GPI) prezidenti, professor Paolo von Schirach çıxış ediblər.
Panel müzakirə zamanı effektiv və səmərəli kommunikativ əlaqələrin inkişafı, ənənəvi medianın bugünkü rolu və gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr müzakirə olunub.