Şuşada Qlobal Media Forum çərçivəsində AZƏRTAC üç xarici informasiya agentliyi ilə müqavilə imzalayıb
Şuşada keçirilən Qlobal Media Forum çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi - Albaniyanın ATA, Bolqarıstanın BTA və Filippinin PNA informasiya agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.
Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.