4-cü Şuşa Qlobal Media Forumunda “Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik” mövzusunda təkbətək formatlı müzakirə keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Sərhədlərarası media dialoqu və rəqəmsal mühitdə həmrəylik” mövzusunda təkbətək formatlı müzakirə təşkil olunub.

“AnewZ” beynəlxalq televiziya kanalının jurnalisti Katie Wilsonun moderatorluğu ilə keçirilən müzakirədə “Euronews”un baş icraçı direktoru Claus Strunz qeyd edib ki, sərhədlərarası media dialoqu stereotiplərin aradan qaldırılması, ortaq dəyərlərin təşviqi və cəmiyyətlər arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O diqqətə çatdırıb ki, informasiya axınlarının intensivləşdiyi müasir dövrdə etimada əsaslanan dayanıqlı kommunikasiya mexanizmlərinin formalaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və media qurumları arasında təcrübə mübadiləsinin artılması xüsusi aktuallıq kəsb edir.

Müzakirə zamanı rəqəmsal platformaların qlobal dialoqun inkişafındakı rolu, media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, beynəlxalq informasiya əməkdaşlığının perspektivləri və rəqəmsal mühitdə həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1 / 6