4-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər
4-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı və Xankəndi şəhərlərində olublar.
Səfər zamanı qonaqlara Xocalı şəhərinin tarixi və işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, Xocalı Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş şəhərlərdən biri olmaqla yanaşı, bu gün
yenidən qurulan və inkişaf edən yaşayış məntəqələrindən biridir. Daha sonra forum iştirakçıları Xankəndi şəhərində yerləşən Zəfər Parkı ilə tanış olublar.
Qonaqlara məlumat verilib ki, parkın əsas memarlıq elementlərindən biri olan Zəfər Tağı xüsusi rəmzi məna daşıyır. Tağa aparan 44 pilləkən Vətən müharibəsinin 44 gününü ifadə edir. Pilləkənlərin mərkəzində yerləşdirilən lövhələrdə müharibənin gedişi, azad edilmiş
yaşayış məntəqələri və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatlarının nəticələri barədə məlumatlar əks olunub.







